Rusiyadakı "əbədi səfir" geri çağırılır: Polad Bülbüloğlunu kim əvəzləyəcək?

Rusiyadakı "əbədi səfir" geri çağırılır:
Azərbaycan Xarici İşlər Nazirliyindəki son kadr islahatlarının, səfir dəyişikliklərinin Rusiyaya da sıçrayacağı bildirilir.

Gundeminfo.az bildirir ki, yenicag.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, 15 ildir Azərbaycanın Rusiyadakı səfiri vəzifəsini icra edən Polad Bülbüloğlu yaxın vaxtlarda geri çağırılacaq.

“Əbədi səfir”in geri çağırılmasının yubanmasına səbəb isə onun yerinə təyin ediləcək şəxslə bağlı müzakirələrin aparılmasıdır.

Belə ki, Bülbüloğlunun yerinə Moskvaya göndəriləcək şəxs kimi Azərbaycan Dillər Univeristetinin (ADU) rektoru, yazıçı Kamal Abdullanın adı çəkilir.

Ancaq yaşının 70 olması Kamal Abdullanın səfir təyinatında əngələ çevrilib. Lakin buna baxmayaraq, Moskva ilə sıx əlaqələri olan Abdullanın Rusiyadakı “dayaq”larının onun səfir təyin edilməsinə nail olacağı qeyd edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
478 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...