"Şuşada erməni tərəfinin atəş açmasının şahidi olmuşam..."

"Şuşada erməni tərəfinin atəş açmasının şahidi olmuşam..."

"Qarabağın dağlıq hissəsi ayrıca ərazi vahidi kimi mövcud deyil". Virtualaz.org-un xəbərinə görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “RİA Novosti”yə müsahibəsində bildirib.

“Bu il iyul ayının 7-də imzalanmış prezident fərmanı ilə Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni siyahısı təsdiq edilib. Bunlar arasında Qarabağ iqtisadi rayonu Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər rayonlarından, Şərqi Zəngəzur iqtisadi rayonu isə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarından ibarətdir. Beləliklə, Qarabağın dağlıq hissəsi ayrıca ərazi vahidi kimi müzakirə mövzusu ola bilməz” – deyən səfir xatırladıb ki, ölkədə “Dağlıq Qarabağ” adlı ərazi vahidinin olmadığı Azərbaycan tərəfdən ən yüksək səviyyədə dəfələrlə dilə gətirilib.

“Rusiyanın Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingenti üzərinə düşən hərbi və humanitar vəzifələri erməni tərəfinin vaxtaşırı olaraq əl atdığı təxribatlara baxmayaraq yerinə yetirməkdə davam edir. Və bu təxribatlar regionda uzunmüddətli sülhün əldə olunmasına mane olur”,-Polad Bülbüloğlu deyib.

Səfir daha sonra ermənilərin Şuşa ətrafında atəş açdıqlarına şahidlik etdiyini bildirib. “Mən artıq bir neçə dəfə Şuşaya getmişəm və erməni tərəfindən atəş açıldığının şəxsən şahidi olmuşam. Lakin buna baxmayaraq deyə bilərəm ki, Azərbaycanın mədəniyyət paytaxtının bərpası yönündə böyük işlər görülür”,-o qeyd edib.

Səfir hesab edir ki, Qarabağdakı Rusiya hərbi kontingentinin qalma müddətinin uzadılmasının mümkünlüyü haqda danışmaq hələ tezdir. “Biz dövlət başçılarımızın qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün maksimum səylər göstərməliyik”,-Bülbüloğlu bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
903 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...