Qazaxın işğal olunan 7 kəndi avqustda Azərbaycana veriləcək
“Qazax rayonunun Ermənistan işğalı altında qalan 7 kəndinin geri qaytarılması məsələsi 10 Noyabr bəyanatından sonra bü günə qədər gündəmdə olub və hər zaman bildirilib ki, geri veriləcək. Ancaq bü günə qədər geri verilməməsi o demək deyil ki, ermənilər həmin yaşayış məntəqələrini boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil verməli deyillər”.
Yenisabah.az xəbər verir ki, bu fikirləri moderator.az-ın “Bəzi məlumatlara görə, bu yaxınlarda Qazax rayonunun Ermənistan işğalı altında qalan 7 kəndinin də Azərbaycana qaytarılması gözlənilir. Siz necə düşünürsüz” sualına cavabında İstanbul Universitetinin Beynəlxalq Münasibətlər üzrə doktorantı, beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı ifadə edib.
“Qazaxın kəndlərinin qaytarılması prosesi gec-tez baş verməlidir. Çünki həmin kəndlər Azərbaycan Respublikasının konstitusyon ərazisinə daxildir. Əldə etdiyimiz bəzi məlumatlara görə, yaxınlarda və ya avqust ayında Qazaxın sözügedən kəndləri geri qaytarılmalıdır. Bütün hallarda hesab edirəm ki, istər Qazaxın yeddi kəndi, istərsə də digər məsələlər, o cümlədən Xankəndi, Xocalı, Ağdərə və s. məsələsi Azərbaycan dövlətinin bundan sonra da atacağı düzgün siyasi-diplomatik addımlardan asılıdır. Ona görə də səbr etməli və siyasi prosesləri izləməliyik” - deyə beynəlxalq siyasi analitik bildirib.
1371 dəfə oxundu