Azərbaycandakı xarici diplomatlar Füzuli və Şuşaya səfərə gedir - FOTO

Azərbaycandakı xarici diplomatlar Füzuli və Şuşaya səfərə gedir  -

Azərbaycanda akkreditə olunmuş 50-yə yaxın diplomatik korpus nümayəndələrinin və beynəlxalq təşkilatların Azərbaycandakı təmsilçilərinin işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfəri başlayıb.

APA-nın səfəri müşayiət edən müxbirinin məlumatına görə, diplomatik nümayəndələr əvvəlcə Füzuli şəhərində tikilməkdə olan Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olacaqlar, onlar daha sonra "Füzuli" yarımstansiyasına baş çəkəcəklər.

Füzuliyə səfəri tamamladıqdan sonra xarici ölkələrin Azərbaycandakı diplomatik təmsilçiləri Şuşa şəhərinə yola düşəcəklər. Onlar Şuşa şəhərində müxtəlif tarixi, mədəni abidələrlə tanış olacaqlar.

Diplomatik korpus nümayəndələrinin səfəri iyulun 10-da başa çatacaq.


Azərbaycandakı xarici diplomatlar Füzuli və Şuşaya səfərə gedir  -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
965 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...