“İki ölkənin Daxili İşlər nazirlikləri arasında səmərəli əməkdaşlıq mövcuddur” - Nazir V.Eyvazov
Nazir V.Eyvazov: “İki ölkənin Daxili İşlər nazirlikləri arasında səmərəli əməkdaşlıq mövcuddur”
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 22-də ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qonağı salamlayan nazir strateji müttəfiqlər olan iki dövlət arasında əlaqələrin zəngin tarixə və dərin köklərə malik olduğunu, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu münasibətlərin möhkəm təməllər üzərində qurulmasına hər zaman xüsusi önəm verdiklərini məmnunluqla qeyd edib.
General-polkovnik Vilayət Eyvazov qonağa ölkəmizdəki mövcud kriminogen durum, həyata keçirilən islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində əldə edilən nəticələr barədə qısa məlumat verib.
İki ölkənin Daxili İşlər nazirlikləri arasında səmərəli əməkdaşlığa söykənən ikitərəfli münasibətlərin mövcudluğunu diqqətə çatdıran nazir V.Eyvazov imzalanmış beynəlxalq hüquqi sənədlər əsasında transmilli mütəşəkkil cinayətkarlıqla, narkotiklərin qanunsuz dövriyyəsi ilə və xüsusilə insan alverinə qarşı mübarizədə birgə səylərin göstərildiyini, əməliyyat məlumatlarının mübadilə olunduğunu da bildirib. O, eyni zamanda hüquq-mühafizə orqanları arasında əməkdaşlıq əlaqələrinin Beynəlxalq Kriminal Polis Təşkilatı (İNTERPOL) çərçivəsində də uğurla həyata keçirildiyini və DİN-in Daxili Qoşunları ilə Pakistanın Qlobal Sənaye və Müdafiə Həlli Təşkilatı arasında hərbi maddi-texniki sahədə yaradılmış əlaqələrin uğurla davam etdirildiyini vurğulayıb.
Səmimi qəbula, ətraflı məlumata görə təşəkkür edən ordu generalı cənab Qamar Caved Bacva dövlətlərimiz və xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin həqiqətən dərin köklərə malik olduğunu önə çəkərək xüsusilə son illər ərzində bütün sahələrdə əlaqələrin daha sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlik və əmin-amanlıqdan məmnunluğunu bildirib.
Səmimilik və dostluq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
898 dəfə oxundu