“Ruslar Xəzər dənizindən bizə kömək edirdi” – Erməni siyasətçidən şok etiraf

“Ruslar Xəzər dənizindən bizə kömək edirdi” –

"Müharibə zamanı hava məkanı vaxtaşırı ruslar tərəfindən bloklanırdı”.

"Armenian News” xəbər verir ki, bunu Azadlıq Partiyasının sədri Hrant Baqratyan jurnalistlərlə görüşündə bildirib.

“Bəzən hava məkanının noyabrın 4-də niyə yenidən açılmasına görə qəzəblənirdik. Xəzər dənizində yerləşən Rusiya hava hücumundan müdafiə sistemlərindən istifadə etdik. Müharibənin ilk günündə iki saat ərzində düşmən nədənsə Şuşada yerləşən komandanlığımızı məhv etdi. Əvvəllər Çobankarada idi. Onu döyüşə çıxma ehtimalının yüksək olduğu Qarabağa gətirən bu axmaq kimdir?” – deyə Baqratyan əlavə edib.

Onun sözlərinə görə, guya oktyabr 9-a qədər erməni tərəfi qalib gəlib. “Bu vaxta qədər düşmən PUA-nı necə idarə edəcəyini hələ öyrənməmişdi. Bundan əlavə, 5 “TOR” sistemimiz işləyirdi. Əgər bu axmaq “Su-30SM”-i almasaydı, onda 15 “TOR” aqreqatına və 5 ədəd “Pantsir-S1” aqreqatına sahib ola bilərdik və son qələbəni qazanardıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1387 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...