Paşinyan qalib gələrsə, "Qazprom"un taleyi necə olacaq? (ŞƏRH)
"Seçkidə qalib gələrsə, Paşinyan "Qazprom”un yerli törəmə müəssisəsinin rəhbərliyinə qarşı müəyyən təzyiqlərə keçəcək və buradakı idarəetmədə bəzi dəyişikliklərə gedəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Rusiyanın "Qazprom” şirkətinin törəmə müəssisəsi olan "Qazprom Ermənistan” və Zəngəzur mis-molibden kombinatını cinayət işlərilə təhdid etməsinin arxasında hansı məqsədlərin dayandığına aydınlıq gətirərkən deyib. Ekspertin fikrincə, bu hadisə Rusiyanın Ermənistandakı seçkiləri idarə etdiyinin sübutudur:
"Ermənistanda Rusiyanın idarə və nəzarətində olan bütün şirkətlər, xüsusən də "Qazprom”un düşmən ölkədəki törəməsi sözün əsl mənasında Robert Köçəryanın rəhbərlik etdiyi siyasi bloku dəstəkləyir. Bu da birbaşa Kremldən verilən göstərişdir. Özü də bu olay tək "Qazprom”la məhdudlaşmayacaq. Kreml eyni zamanda, Rusiyada fəaliyyət göstərən bütün erməni iş adamlarına konkret göstəriş verib ki, seçki prosesində Köçəryana ciddi mənada siyasi və maliyyə dəstəyi verilsin. Bu da onu göstərir ki, hətta səslərin ələ alınması formasında belə Kreml Ermənistandakı seçkilərə ciddi təşkilatlanmış şəkildə hazırlaşıb və prosesi idarə edir. Belədə Rusiya Ermənistandakı seçki prosesinə qanunsuz müdaxilə etməyə çalışır. Paşinyan bu barədə məlumatlı olduğundan gələcək perspektivdə həmin şirkətlərə qarşı cinayət işinin açılması ilə onları təhdid edir. Bu məsələdə Paşinyan haqlıdır".
Həmsöhbətimiz düşünür ki, işin gedişatına uyğun olaraq Paşinyan hətta "Qazprom” şirkətinin özünə qarşı da hücuma keçə bilər:
"Belə bir ehtimalı istisna etmək olmaz. Paşinyan seçkidə qalib gəldikdən sonra "Qazprom”un yerli törəməsi olan şirkətin rəhbərliyinə qarşı, görünür, müəyyən təzyiqlər edəcək və buradakı rəhbərlikdə bəzi dəyişikliklərə gedəcək. Bundan o tərəfə Paşinyanın gedəcəyinə inanmıram. Çünki Ermənistan qaz məsələsində hələ də birbaşa olaraq Rusiyadan asılı qalmaqdadır. Bu asılılıq Ermənistan tərəfdən alternativlər vasitəsilə həll olunmayana qədər düşünmürəm ki, Paşinyan "Qazprom” şirkətinin fəaliyyətinə qarşı ciddi maneələr yaratmağa cürət etsin”.
Qeyd edək ki, Paşinyan ölkənin iki ən iri vergi ödəyicisi olan "Qazprom Ermənistan” və Zəngəzur mis-molibden kombinatına qarşı bu ittihamları seçicilərilə görüş zamanı səsləndirib. Paşinyan bəyan edib ki, bu şirkətlərin rəhbərliyi əməkdaşları bu və ya digər siyasi qüvvələrin mitinqlərinə qatılmağa və qarşıdan gələn parlament seçkilərində "lazımi qaydada” səs verməyə məcbur edir.
1166 dəfə oxundu