Ərdoğan Azərbaycana yola düşdü

Ərdoğan Azərbaycana yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Belçikadan Azərbaycana yola düşüb.

Gundeminfo.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, prezident NATO Zirvəsi və ikitərəfli görüşlərin ardından “TC-TUR” təyyarəsi ilə Azərbaycana gedib.

Ərdoğanı səfərdə həyat yoldaşı Əminə Ərdoğan, milli müdafiə naziri Hulusi Akar, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun, Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın, AKP sözçüsü Ömər Çəlik, AKP millət vəkili və NATO Parlament Assambleyası Türk Qrupu sədri Osman Aşkın Bak müşayiət edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
717 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...