Paşinyan özünü gülüş hədəfinə çevirdi

Paşinyan özünü gülüş hədəfinə çevirdi
Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevə bütün erməni diversantların əvəzinə öz oğlunu təklif edib.

Nikol Paşinyan bildirib ki, oğlu Aşotu Azərbaycanda saxlanan bütün erməni diversantlara dəyişməyə hazırdır.

Aydındır ki, Paşinyanın bu təklifi 20 iyunda keçiriləcək erkən parlament seçkiləri öncəsi sadə ermənilərdən xal almağa hesablanıb.

Ermənişunas alim Qafar Çaxmaqlı Modern.az-a açıqlamasında bu təklifin çox gülünc olduğunu, Nikol Paşinyanın ucuz siyasət yeritdiyini bildirib:

“İyun ayının 20-də Ermənistanda seçkilər keçiriləcək. Nikol Paşinyan hazırda seçkiyə oynayır, ucuz siyasət aparır. Paşinyanın istədiyi hər bir diversant terrorçudur.

Azərbaycanda həmin terrorçuların məhkəməsi başlayıb və onlar mühakimə olunacaqlar. Diversantların əvəzinə oğlunu təklif etməklə seçkidə səs almaq mümkün deyil. Ermənilər bunun növbəti oyun olduğunu anlayırlar, Paşinyan gülüş hədəfinə çevrilib. Ermənistanda seçki ərəfəsidir, Paşinyan bu cür gülüş doğuracaq məsələləri ortaya atmaqla reytinqini azaldır”.

Q.Çaxmaqlı bu təklifin rəsmi Bakı tərəfindən ciddi qəbul edilə bilməyəcəyini vurğulayıb:
“Dövlət başçısı bunu qəbul etməz, çünki Paşinyanın “əsir” dediyi həmin diversantlar müharibə cinayətkarları kimi mühakimə olunurlar.

Azərbaycan iyun ayının 20-nə hazırlaşmalıdır. Ermənistanda ciddi qarşıdurmalar var və iyunun 20-də müəyyən proseslər baş verə bilər. Müxtəlif qüvvələr hazırda sərhəd məsələlərindən istifadə edib reytinq qazanmaq istəyirlər. Bu proseslər davam edir və biz ayın 20-ni gözləməliyik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
790 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...