Dövlət katibi ermənipərəst senatoru SUSDURDU

Dövlət katibi ermənipərəst senatoru

“ABŞ Azərbaycana hərbi yardım göstərilməsinin məqsədəuyğunluğunu müzakirə edir”. Modern.az xəbər verir ki, bu barədə Dövlət katibi Entoni Blinken Senatın xarici əlaqələr komitəsinin keçirdiyi dinləmələrdə çıxış edərkən deyib.

“Mən əsirlərin qaytarılması və konfliktin real həlli ilə aktiv şəkildə məşğul oluram. Düşünürəm ki, yaxın vaxtlarda biz yardımın göstərilməsini müzakirə etməliyik”.

Xarici əlaqələr komitəsinin sədri, ermənipərəst demokrat senator Robert Menendes administrasiyanın Azərbaycana istisna hal kimi yardım, o cümlədən hərbi dəstək verməsini pisləyib.

Ağ Ev administrasiyası ermənipərəst senatorların müqavimətinə baxmayaraq, Azərbaycanın sərhədlərində təhlükəsizliyin möhkəmləndirilməsi və beynəlxalq terrorizmlə mübarizə çərçivəsində rəsmi Bakıya hərbi dəstəyin verilməsinin önəmli olduğunu açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
743 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...