Litva prezidenti Gürcüstana ilk rəsmi səfər edəcək

Litva prezidenti Gürcüstana ilk rəsmi səfər edəcək
Litva prezidenti Gitanas Nauseda iyunun 10-da Gürcüstana rəsmi səfər edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, səfərin məqsədi Gürcüstanın Avroatlantik məkana inteqrasiyası, ölkədə həyata keçirilən islahatlara və demokratiyanın möhkəmləndirilməsinə dəstəyin ifadə olunmasıdır.

Dövlət başçısı ikigünlük səfər çərçivəsində gürcü həmkarı Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili, parlament sədri Kaxa Kuçava və patriarx II İlya ilə görüşəcək. Onun həmçinin yerli litva icmasının nümayəndələri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüşü də planlaşdırılıb.

Qeyd edək ki, bu, Litva prezidentinin Gürcüstana ilk rəsmi səfəri olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
849 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...