Paşinyan KTMT-nin mövqeyini tənqid etdi

Paşinyan KTMT-nin mövqeyini tənqid etdi

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı hələ də Azərbaycan qüvvələrinin əvvəlki mövqelərə geri çəkilməsinin zəruriliyi barədə qəti mövqe bildirməyib”.

“Sputnik Ermənistan”ın məlumatına görə, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

“İşgüzar müzakirələr zamanı bundan bəhs olunur, lakin ictimai şəkildə mövqe bildirmirlər”, - deyə N.Paşinyan qeyd edib.

Paşinyan qeyd edib ki, məhz KTMT-dəki tərəfdaşlar Ermənistanı problemi güc metodu ilə həll etməməyə çağırıblar.

“Ermənistan KTMT-də xahişçi kimi çıxış etmir. Bu sadəcə təşkilata üzv dövlətlərin müvafiq vəziyyətlərdə istifadəsi üçün yaratdığı alətdir”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan tərəfindən təhlükə hələ də qalmaqdadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
781 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...