İlham ƏIiyev kimi nə barədə xəbərdar edib?

İlham ƏIiyev kimi nə barədə xəbərdar edib?

Azərbaycanın antiterror əməliyyatları keçirməsi üçün əsasları getdikcə güclənir.

Əslində, Azərbaycan antiterror əməliyyatlarını müharibədən dərhal sonra rezerv kimi gündəlikdə saxlayıb, bununla bağlı yazılarımızda qeyd etmişik.

Bu gün Müdafiə Nazirliyinin yaydığı məlumat isə Bakı üçün antiterror əməliyyatlarından başqa seçim qalmadığı yönündədir.

Ermənilərin Kəlbəcər, Gədəbəylə yanaşı, sərhəddən kənarda olan Şuşa istiqamətində də təxribat törətməsində məqsəd budur ki, KTMT sərhədə gəlsin və bununla təşkilatın Qarabağdakı iştirakına qapı açılsın.

Əslində, bu mövqe ümumilikdə Ermənistan hakimiyyətindəki bir qrup radikal mövqeli yüksək vəzifə sahiblərinin arzusudur, lakin bu, arzu ürəklərində qalacaq.

KTMT-nin sərhəddəki hadisələrə müdaxiləsi real görünmür, ona görə ki, bununla bağlı yekdillik olmalıdır.

Prezident İlham Əliyev mayın 17-də Qazaxıstan, mayın 22-də isə Belarus prezidenti ilə telefon danışığında sərhəddəki münaqişədən söz açıb.

İndi baş verənlər fonunda İlham Əliyevin həmkarlarına KTMT-dakı statuslarından istifadə edib problemə qarışmamaq barədə xəbərdar etməsi fikrini əminliklə söyləyə bilərik.

Həmin vaxtlar Belarus müdafiə nazirinin də Bakıya səfəri təsadüfi deyildi.

Azərbaycan Ordusu sərhəddə insidentlər başlayandan (12 maydan məlumatlar yayılıb) dərhal sonra, mayın 15-dən antiterror təlimlərinə başladı və bu, mayın 20-nə qədər davam etdi.

Bundan sonra isə Azərbaycan-Türkiyə hərbçilərinin növbəti birgə antiterror təlimi keçirildi.

İndi isə Zəngəzur hədəfləri ilə Qarabağdakı erməni hərbçilərinin çıxarılması planları paraellik təşkil edir:

Azərbaycan həm Zəngəzura girişi təmin edir, həm də antiterror əməliyyatlarına hazırlaşır.

Rusiyaya gəlincə, mövqeyi aydındır: Həm dəhliz icra edilsin, həm sərhədlər müəyyənləşsin, həm də xırda münaqişələr qalsın ki, Moskvanın təsir imkanları çoxalsın.

Moskvanın digər niyyəti isə Azərbaycanı KTMT-da görməkdir.

Bu da bəllidir ki, Azərbaycan antiterror əməliyyatları keçirmək üçün Rusiyanı da öz arqumentləri ilə inandırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
793 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...