Ərdoğandan Qərb ölkələrinə sərt ittihamlar

Ərdoğandan Qərb ölkələrinə sərt ittihamlar
“Yaxın tarixdə İslam düşmənliyi nəticəsində baş verən bir çox faciələr mövcuddur. Bosniyadakı soyqırımılar, Türküstandan Fələstinədək yaşanan faciələr buna bariz nümunədir”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan I Beynəlxalq Media və İslamafobiya Simpoziumunda bildirib.

“ABŞ hakimiyyətinin 2001-ci il sentyabrın 11-dən sonra başlatdığı müsəlmanları şeytanlaşdırma strategiyası İslam düşmənliyi virusunu tətikləyən bir vasitə olub. Əhalinin sürətlə azalması səbəbindən demoqrafik təhdidlərlə üzləşən Qərb ölkələri ictimai fikirdə faşist ritorikasını artırırlar. Hazırda İslam düşmənliyi dalağası çox məkrli və örtülü metodlarla həyata keçirilir. Müqəddəs kitabımız Qurani-Kərimə, dini seçimlərini ifadə edənlərə hücumlar dövlətlər tərəfindən himayə edilir və dəstəklənir. Qərbdə irqçi və İslam düşmənçiliyi zəmnində törədilən hücumlar son 5 ildə 250 faiz, bu hücumlar nəticəsində ölənlərin sayı isə 700 faiz artıb. Son 5 ildə Avropa İttifaqının ən böyük 5 ölkəsindəki vətəndaş cəmiyyətləri İslam düşmənliyi ilə bağlı 15 mindən çox hadisə qeydə alıblar”, - o vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
756 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...