Rusiya MN-dən Qarabağla bağlı AÇIQLAMA
Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları məsuliyyət zonalarında tərəflərin sərhədlərini müəyyənləşdirmə xəttində atəşkəsə riayət olunmasını izləyir, həmçinin nəqliyyat vasitələrinin təhlükəsizliyini, Laçın dəhlizi vasitəsilə ərzaq məhsulları və müxtəlif malların daşınmasını təmin edirlər.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, son bir həftə ərzində sülhməramlı kontingentin məsuliyyət zonasında atəşkəs pozuntuları və Rusiya hərbçilərinə qarşı təxribat xarakterli hərəkətlər qeydə alınmayıb.
Qeyd edilib ki, Rusiya sülhməramlı kontingentinin bütün müşahidə məntəqələri hərbi qulluqçuları atıcı silahlardan və qəlpələrdən qorumaq, habelə ətraf ərazini hərtərəfli müşahidə etmək üçün hazırlanmış “Blokpost” istehkamları ilə təchiz olunub.
“Bizim əsas vəzifəmiz atəşkəs razılaşmasına riayət olunmasına nəzarət etməklə yanaşı, marşrut boyunca mülki nəqliyyatın təhlükəsizliyini təmin etməkdir”,-deyə müşahidə postunun komandiri Sergey İvanov bildirib.
“Bunun üçün postlarda bütün nəqliyyatın qeydiyyata alındığı nəzarət buraxılış məntəqələri yaradılıb. Bölgənin gecə-gündüz monitorinqi aparılır və mülki nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi də təmin edilir”, – deyə o əlavə edib.
Bildirilib ki, məsuliyyət zonasındakı vəziyyəti izləməklə yanaşı, Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrinin şəxsi heyəti müntəzəm olaraq döyüş hazırlığı fəaliyyətləri keçirir, pozuntuların və müşahidə məntəqəsinə mümkün hücum qarşısını almaq üçün təlimlər təşkil edir.
972 dəfə oxundu