Prezident onu Ağdama xüsusi nümayəndə təyin etdi

Prezident onu Ağdama xüsusi nümayəndə təyin etdi
Prezident İlham Əliyev Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Gundeminfo.az xəbər verir ki, sərəncama əsasən, Emin Zamin oğlu Hüseynov Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Qeyd edək ki, Emin Hüseynov 1974-cü ildə Lənkəranın Boladi kəndində anadan olub.

1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Kommersiya fakültəsini Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bitirib. 1998-ci ildə ABŞ-ın Florida Ştatı Universitetində İqtisad üzrə magistr dərəcəsini alıb. 2009-cu ildə ABŞ-ın Harvard Kennedi Məktəbində Dövlət idarəçiliyi üzrə magistr dərəcəsini alıb. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

2016-cı ildən 2018-ci ilə qədər maliyyə nazirinin müavini vəzifəsində çalışıb. O, daha sonra Birinci vitse-prezidenti Mehriban Əliyevaya köməkçi təyin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
994 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...