“Sputnik” agentliyi Azərbaycanla bağlı növbəti YALAN YAYDI – FOTOFAKT
ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Sallivan Azərbaycan və Ermənistan liderləri ilə telefonda danışıb.
Gundeminfo.az xəbər verir ki, Sallivanın prezident İlham Əliyev və baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanla telefon danışıqlarının yekunu olaraq Ağ Evin saytında rəsmi məlumat yerləşdirilib.
Amma Rusiyanın “Sputnik” agentliyinin Ermənistan xidməti ABŞ tərəfinin rəsmi məlumatının məzmununu təhrif edərək oxuculara yanlış məlumat verib.
Belə ki, “Sputnik Armenia” Sallivanın Azərbaycan Ordusunun demarkasiya olunmamış ərazidə yerdəyişməsini “təxribatçı və məsuliyyətsiz” adlandırdığını iddia edir. Amma Ağ Evin yerləşdirdiyi rəsmi məlumatda Azərbaycanın ünvanına heç bir ittihamın səsləndirilmədiyi aydın görünür.
Məlumatın məğzini təhrif etməklə, Ermənistan mediası 44 günlük Vətən Müharibəsinin gedişində olduğu kimi ölkə ictimaiyyətini aldatmaqla məşğuldur.
Xatırladaq ki, Rusiya “Sputnik” informasiya agentliyinin baş redaktoru erməni əsilli jurnalist Marqarita Simonyandır. (modern.az)
788 dəfə oxundu