“Haqqımda yalan yazırlar, bilmirəm niyə?!” - Bayram Səfərov

“Haqqımda yalan yazırlar, bilmirəm niyə?!” -

ğ“Mənim yazılanlardan xəbərim yoxdur. Sayt açmaq fikrində deyiləm”.

Bu sözləri Modern.az-a Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov kütləvi informasiya vasitələrində haqqında yazılan “shusha.az” domenini alması iddialarına münasibət bildirərkən deyib. İcra başçısı bu cür xəbərlərin yayılmasının səbəbini bilmədiyini söyləyib:

“Haqqımda yalan yazırlar. Bilmirəm niyə?! Səbəbini o yazanlardan soruşun. Mənim heç nədən xəbərim yoxdur. Sayt açmıram”.
Bayram Səfərov sabah Şuşanın işğalı ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edəcəyini bildirib:
“Bizim üçün artıq işğal tarixi yoxdur. Zəfər tarixi var. Bunu qeyd etməliyik. Mən sabah şəhidlərimizi ziyarət etməyə gedəcəyəm. Pandemiyaya görə tək gedirəm, kollektivlə getmək olmaz. Amma kim istəyirsə, şəhidlərimizi anar. Biz bundan sonra Zəfər gününü qeyd edəcəyik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, döyüşçülərimizə can sağlığı versin”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2059 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...