Kimlərsə İsrail və Pakistana qarşı kampaniya aparır

Kimlərsə İsrail və Pakistana qarşı kampaniya aparır

Hesab edirəm ki, erməni təxribatı getdikcə artır. Bunu yaxınlarda yayılan videolor da ortaya qoyur. Azərbaycan zabiti və əgəri elə davranış ortaya qoyur ki, ermənilər təxribatlarını genişləndirə bilmir. Bu, Qarabağda bizim uğurumuzun həm də peşəkarlıqdan keçdiyini göstərir.

Axar.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.

Fazil Mustafa qeyd edib ki, Azərbaycanda sosial şəbəkə seqmentində bəziləri Türkiyə, İsrail, Pakistan və Əfqanıstana qarı kampaniya aparır:

“Hesab edirəm ki, bunun qarşısı alınmalıdır. Eyni zamanda təklif edirəm ki, Bakıdakı parklardan birinə Türkiyə-İsrail-Pakistan-Əfqanıstan dostluq parkı adı verilsin”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
855 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...