"Radikal ermənilərin hərəkətləri qəbuledilməzdir"
"Radikal ermənilər tərəfindən bir neçə gün əvvəl Los-Ancelesdə törədilmiş insidentlər qəbuledilməzdir və günahkarlar cəzalandırılmalıdır".
“Report” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Qabrielius Landsbergis ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Xarici işlər naziri Los-Ancelesdəki mitinqdə Azərbaycan bayrağına bükülmüş mankeni yandıran radikal ermənilərin qəbuledilməz hərəkətləri barədə xatırladıb: “Bu, on illərdir qurulan, təbliğ edilən və ermənilərin bütün dözümsüzlüklərini göstərən ideologiyadır”.
O, ermənilərin əlləri qan içində olan faşizm tərəfdarlarına abidələr ucaltmağa davam etdiyini xatırladıb və bunun “uzun illərdir davam edən mənfi tendensiya” olduğunu bildirib.
“Bir neçə gün əvvəl daha bir qəbuledilməz insident – Mahatma Qandinin Yerevandakı abidəsinə qarşı vandalizm baş verib. Sual budur: Qandinin günahı nədir?”, – nazir əlavə edib.
Azərbaycan xarici işlər naziri deyib: “Hesab edirəm ki, erməni cəmiyyəti bu ideologiyadan nə qədər tez əl çəksə, onlar üçün bir o qədər yaxşı olacaq. Gələcəyə baxmaq lazımdır, orada yaşayan insanlar bunu nə qədər tez başa düşsələr, onlar üçün və bölgə üçün bir o qədər yaxşı olacaq”.
1534 dəfə oxundu