Azərbaycan XİN İsrailə başsağlığı verib

Azərbaycan XİN İsrailə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Meron dağı yaxınlığında keçirilən Laq Ba-omer dini tonqal qalama mərasimi zamanı yaranan izdihamda 44 nəfərin ölümü ilə bağlı İsrailə başsağlığı verib.

"Report"un xəbərinə görə, başsağlığı mətni XİN-in rəsmi tviter hesabında paylaşılıb.

"Bu xəbərlər bizi çox kədərləndirdi. Dəhşətli hadisədə həlak olanların ailələrinə, eləcə də İsrail hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk, yaralılara şəfa diləyirik", - başsağlığında bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1508 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...