Azərbaycan Ordusu ermənilərin Kəlbəcərə daxil olmasını qadağan etdi - ERMƏNİ KİV

Azərbaycan Ordusu ermənilərin Kəlbəcərə daxil olmasını qadağan etdi -

“Azərbaycan Silahlı Qüvvələri erməni rahiblərinin Dadivanka girişini qadağan edib”.

Gundeminfo.az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Müqəddəs Eçmiədzinin rahibi Vaqram Melikyan bildirib.

Onun sözlərinə görə, Azərbaycan hərbçiləri 25 apreldə zəvvarların Dadivanka girməsinə qadağa qoyub:

“Bəli, məlumatınız doğrudur. Aprelin 25-də Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri epidemiya bəhanəsi ilə Erməni Apostol Kilsəsinin Artsax Yeparxiyasının Baş yepiskopu Parqev Martirosyan, Yepiskop Vrtanes Abrahamyan və bir qrup zəvvarın Dadivank ərazisinə girişini qadağan ediblər. Üstəlik icazə alan zəvvarların sayı 25-dən 10-a endirilib. Hətta vaxtaşırı rahiblərə çatdırılan məhsulların köçürülməsi də qadağan edilib”./Konkret.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
954 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...