Azərbaycanda uğurlu parlament seçkilərinin keçirilməsini alqışlayırıq Rusiya XİN
“Rusiya dost ölkə olan Azərbaycanda uğurlu parlament seçkilərinin keçirilməsini alqışlayır”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Azərbaycanda keçirilən parlament seçkilərini MDB müşahidə missiyasının tərkibində Rusiya Federasiya Şurası, Dövlət Duması, MSK və Rusiya subyektlərinin hakimiyyət orqanlarının nümayəndələri müşahidə ediblər.
Onların MDB-dən olan həmkarlarla yanaşı seçkilərin təşkilinə və keçirilməsinə yüksək qiymət verdiyini deyən M. Zaxarova seçkilərin beynəlxalq standartlara uyğunu keçirildiyini, səsvermə zamanı ciddi nöqsanların olmadığını vurğulayıb.
“Parlament seçkiləri dövlət hakimiyyəti və vətəndaş cəmiyyəti institutlarının inkişafı, habelə Azərbaycanda daxili siyasi sabitliyin təmin edilməsi baxımından mühüm addım olub. Bir daha xatırlatmaq istərdim ki, bizim Azərbaycanla sıx tərəfdaşlıq əlaqələrimiz var və onlar inkişaf edir”, - deyə o vurğulayıb.
965 dəfə oxundu