Hadı Rəcəbli: "Avropa İttifaqında şou düzəldiblər"
“Avropa İttifaqında bir şou düzəldiblər. Guya ki, Azərbaycanda keçiriləcək Avropa Oyunlarını müzakirə edirlər. Bunların işləri, gücləri qurtarıb?” Trend-in məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli komitənin “Heydər Əliyev və Azərbaycanın gənclər siyasəti sahəsində qanunvericiliyi” mövzusunda keçirilən iclasında çıxışı zamanı deyib.
H.Rəcəbli bildirib ki, dünyada nə qədər dərd-sər, problem var: “Bu problemlərin hamısı yaddan çıxıb, onların yadına Azərbaycanda keçiriləcək I Avropa Oyunları düşüb. Bunun içərisində bir neçə məsələ var. Birincisi, həsəd var. İkincisi, bizim inkişafımızı görməmək var. Üçüncüsü, erməni lobbisinin əl-qol atması var. Bundan başqa, Azərbaycana digər təzyiq vasitələri var”.
Komitə sədri qeyd edib ki, Soçi olimpiadası zamanı Rusiyaya qarşı da belə kampaniya həyata keçirilirdi: “Bu da eybəcər siyasi texnologiyanın bir formasıdır. Bir həqiqət var ki, Azərbaycan prezidenti İlham Əliyev və onun ətrafında birləşən xalqımız, böyük bir gənclər ordusu var. Bu oyunlar yüksək səviyyədə keçiriləcək”.
1573 dəfə oxundu