Gürcüstan hökuməti tam tərkibdə istefaya getdi - Son dəqiqə

Gürcüstan hökuməti tam tərkibdə istefaya getdi -

Gürcüstanın idman və gənclər naziri Levan Kipiani istefa verdikdən sonra Nazirlər Kabineti avtomatik olaraq tam tərkibdə istefaya gedib. Avropa.info xəbər verir ki, Kipiani istefaya gedən yeddinci nazir olub. Gürcüstan konstitusiyasına uyğun olaraq iyimi nazirin 1/3 istefa verərsə, hökumət etibar votumunu itirir. Parlamentdən tərəfindən yenidən təsdiq olunması üçün tam tərkibdə istefaya getməlidir.
Parlamentin sədri David Usupaşvili bildirib ki, konstitusiyaya uyğun olaraq yeni nazirlərin təyinatı hazırda fəaliyyətdə olan baş nazirə aiddir. Hakim siyasi koalisiya “Gürcüstan arzusu” parlamentdə böyük çoxluğa malikdir. Ehtimal ki, hökumət yenidən etibar votumu qazanacaq. Müxalifət isə siyasi böhranın bütün məsuliyyətini Gürcüstanı qeyri-formal olaraq idarə edən milyarder Bidzina İvanişvilinin üzərinə qoyub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1520 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...