Saakaşvili Bakıda mümkün həbsi haqda danışmaq istəmədi

Saakaşvili Bakıda mümkün həbsi haqda danışmaq istəmədi

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili virtualaz.org saytının müxbirinin Tiflisin Azərbaycanın Baş Prokurorluğuna göndərdiyi rəsmi sorğu ilə bağlı sualını cavablandırmaq istəməyib. Qeyd edək ki, Gürcüstandan Bakıya göndərilən həmin sorğuda Saakaşvilinin Bakıda saxlanaraq Tiflisə ekstradisiya olunması xahiş edilirdi.

Gürcüstan Baş Prokurorluğunun Bakıya belə bir rəsmi sorğu göndərməsini virtualaz.org saytına dünənki açıqlamasında qurumun Mətbuat Mərkəzi rəhbərinin müavini Natia Suxiaşvili də təsdiqləmişdi.

Yada salaq ki, Azərbaycanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi də Saakaşvilinin Bakıda saxlanılaraq Tiflisə ekstradisiya olunmasının mümkünlüyü barədəki informasiyanı şərh etmək istəməmişdilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1575 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...