Livandakı hadisə nəticəsində 8 nəfər ölüb, 2800 nəfər yaralanıb

Livandakı hadisə nəticəsində 8 nəfər ölüb, 2800 nəfər yaralanıb
Sentyabrın 17-də Livanda “Hizbullah” üzvlərinin peycerləri kütləvi şəkildə partlamağa başlayıb.
Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, peycerlər yeni model idilər, qrup onlardan cəmi bir neçə ay əvvəl istifadə etməyə başlayıb.
“Hizbullah” rəsmilərindən biri cihazların istiləşməsinə və partlamasına səbəb ola biləcək virusa yoluxduğunu irəli sürüb.
Adı açıqlanmayan qrup sözçüsü “Reuters” agentliyinə bildirib ki, partlayışlar İsrail əməliyyatının nəticəsidir. O, hadisəni Qəzza zolağında müharibə başlayandan bəri ən böyük təhlükəsizlik uğursuzluğu adlandırıb. Onun sözlərinə görə, ehtimal ki, peycerlərlə təchiz edilmiş litium batareyaları partlayıb.
Digər “Hizbullah” mənbəsi WSJ-yə bildirib ki, qruplaşmanın bəzi döyüşçüləri partlayışlardan bir müddət əvvəl peycerlərin qızışdığını görüb və onlardan xilas olublar.
Partlayışlardan sonra verdiyi ilk rəsmi açıqlamada “Hizbullah” hücumda birbaşa İsraili günahlandırmadı, sadəcə olaraq hadisəni araşdırdığını bildirdi. Bir neçə saat sonra “Hizbullah” yeni kommunike yayaraq, məsuliyyətin tam İsrailin üzərində olduğunu bildirib. Qrup “düşmənin gözlədiyi və gözləmədiyi yerdən” cavab verəcəyini vəd edib.
Livanın səhiyyə naziri Firas Abiad bildirib ki, partlayışlar nəticəsində 8 nəfər ölüb, təxminən 2800 nəfər yaralanıb. Onun sözlərinə görə, yaralılar xəstəxanalara gəlməkdə davam edir. Ən çox üz və əllərindən xəsarət alan var. “Hizbullah” iki üzvünün, eləcə də qrup üzvlərindən birinin doqquz yaşlı qızının öldüyünü rəsmən təsdiqləyib.
İsrail baş verənlərlə bağlı rəsmi açıqlama verməyib. İsrail mediasının məlumatına görə, Baş nazir Benyamin Netanyahunun ofisi yaxın vaxtlarda nazirlərə mətbuatla ünsiyyət qurmağı qadağan edib.
İsrail mediası yazır ki, Netanyahu və təhlükəsizlik qurumlarının rəhbərləri fövqəladə toplantıya toplaşıblar və bu toplantıda “Hizbullah” ilə münaqişənin mümkün gərginləşməsi halında fəaliyyət planı müzakirə olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
91 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...