“Washington Times”: "Qarabağla Donbas arasında fərq yoxdur"

“Washington Times”: "Qarabağla Donbas arasında fərq yoxdur"

ABŞ-ın “The Washington Times" qəzetində “ABŞ postsovet məkanındakı separatçı münaqişələrə münasibətdə ardıcıl olmalıdır” başlıqlı məqalə dərc edilib.

APA-nın verdiyi məlumata görə, qəzet ABŞ-ı Ukrayna və Azərbaycandakı separatçılığa fərq qoymamağa çağırıb. Yazıda bildirilir ki, ABŞ Ukraynanın ərazi bütövlüyünü şövqlə müdafiə etdiyi halda, nədənsə eyni münasibəti Qafqazdakı müttəfiqi Azərbaycana göstərmir: “Ermənistan 20 ildən artıqdır ki, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini pozaraq Dağlıq Qarabağ və ətraf yeddi rayonda işğal və etnik təmizləmə ilə məşğuldur. Dağlıq Qarabağ və digər rayonlar tarixən Azərbaycan ərazisidir və beynəlxalq ictimaiyyət tərəfindən belə qəbul edilib”.

Məqalədə qeyd edilir ki, beynəlxalq hüquq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişə BMT-nin qətnamələrinə uyğun həll edilməlidir.

Yazıda deyilir ki, əgər beynəlxalq ictimaiyyət Ermənistan və Azərbaycan arasındakı, eləcə də Gürcüstandakı münaqişələrə daha ardıcıl münasibət bəsləsəydi, Ukraynadakı faciəvi hadisələrdən qaçmaq olardı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1526 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...