Tahir Kərimli: “İsa və Əlidən “hakimiyyət iyi” gəlmir”
“Ən sadiq tərəfdarları belə onlara nifrət edir”
“İsa Qəmbər və Əli Kərimli elə biabırçı duruma düşüblər ki, artıq nə danışdıqlarını belə bilmirlər”.
Bu sözləri Editor.az-a açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli söyləyib.
Onun sözlərinə görə, bu adamlar kimlərinsə ölümünü siyasiləşdirməkdən belə həzz alırlar:
“Gənc, yenicə ailə qurmuş bir xanm dünyasını dəyişib. Böyük bir ailə faciəsi yaşanıb. Onlar həmin qızın dəfnində “Nərgizi hakimiyyət öldürdü” deyərək, öz simasını bir daha ortaya qoydular. Bu adamlar öz məqsədləri üçün hər şeyi qurban verərlər. Biz bunu bir daha gördük. İsa Qəmbər deyir ki, guya hakimiyyətə gələcək. 2005-ci ildən bu yana oinların bir cümləsinə, sözünə belə inanan yoxdur. Yanlarında bir adam belə saxlaya bilməyiblər. Ən sadiq tərəfdarları belə onlara nifrət nifrət edir. Adamlar tükəniblər. Amma siyasətdən əl çəkmək istəmirlər. Nə qədər əl çəkmək istəmirlər, o qədər də nüfuzsuz, lağ obyekti olacaqlar. Əslində elə buna layiqdilər. İsa və Əlidən “hakimiyyət iyi” gəlmir və gəlməyəcək də. Onların bu iddiaları ac toyuğun yuxuda darı görməsinə bənzəyir”.
1427 dəfə oxundu