“Deputat köməkçilərinin məsələsini bu dəfə Artur Rasizadənin qarşısında qaldıracam”

“Deputat köməkçilərinin məsələsini bu dəfə Artur Rasizadənin qarşısında qaldıracam”


Milli Məclisin fevralın 1-də keçirilən iclasında deputat Elmira Axundova təklif etmişdi ki, 125 deputat köməkçisininə dövlət qulluqçusu statusu verilsin, onların əmək kitabçalarına dövlət qulluqçusu stajı yazılsın.

“İş orasındadır ki, bu köməkçilərin əksəriyyəti cavanlardır, gənc ailə sahibləridir, çoxunun mənzilləri yoxdur. Onlar istəyirlər ki, sosial evlərə, ipotekaya sahib olsunlar. Amma mən bu yaxında öyrəndim ki, heç bir deputat köməkçisi sosial ipoteka və sosial mənzil ala bilməyəcək. Çünki onlar dövlət qulluqçusu deyillər. Sosial ipoteka və ya sosial mənzil almaq üçün ən azı 3 il dövlət qulluqçusu işləmək lazımdır. Mən xahiş edərdim ki, Milli Məclis rəhbərliyi 125 nəfərin taleyi ilə yaxından məşğul olaraq müvafiq qurumlar qarşısında məsələ qaldırsın. Bununla da biz böyük savab iş görmüş olarıq”,-E.Axundova demişdi.

Bəs deputatın təklifinə hanısasa reaksiya olubmu?

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elmira Axundova Modern.az-a deyib ki, onun təkliflərini deputatların hamısı dəstəkləyir.

“Hətta buna görə mənə minnətdarlıqlarını da bildirdilər. Həmçinin, bir neçə deputat köməkçisi də gəlib, mənə təşəkkür etdi. Mənim bu təklifim hamı tərəfindən yaxşı qarşılandı”.

Deputat bildirib ki, bu təklifi yenidən Milli Məclisin martın 17-də keçiriləcək iclasında da səsləndirəcək.

“Həmin iclas zamanı Nazirlər Kabinetinin hesabatı olacaq. Mən ordada birbaşa olaraq Baş nazir Artur Rasizadəyə və maliyyə naziri Samir Şərifova yenidən bu təkliflə müraciət edəcəm. Çünki deputat köməkçilərinə dövlət qulluqçusu statusu vermək onların səlahiyyətindədir. Mənə elə gəlir ki, təklifimə dəstək olacaqlar. Ümid edirəm ki, buna nail olacağam”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
866 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...