Kreml Qəzzafinin devrilməsini barbarlıq adlandırdı

Kreml Qəzzafinin devrilməsini barbarlıq adlandırdı


Rusiya Liviyada güclü hökumətin qurulmasında maraqlıdır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.

“Biz xaricdən olan barbar müdaxiləsindən sonra Liviyada yaranmış vəziyyətin düzəlməsində maraqlıyıq. Bu müdaxilə Liviya dövlətinin mövcudluğu baxımından fəlakətli nəticələrə səbəb oldu”, – deyə o bildirib.

Qeyd edək ki, Liviyanın Baş naziri Faiz Sarac sabah Rusiyaya səfər edəcək.

2011-ci ildə baş verən üsyan zamanı Liviyada hakimiyyət çevrilişi olub. NATO ölkələrindən güclü dəstək alan üsyançılar o zamankı Liviya lideri Müəmmər Qəzzafinin hakimiyyətinə son veriblər. Sonradan Qəzzafi ağır işgəncələrlə qətlə yetirilib. Qəzzafidən sonra Liviyada sabitlik hökm sürməyib. Ölkədə indi də vətəndaş müharibəsi gedir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
715 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...