Kreml yeni prosesə başladı: İşğaldakı torpağı geri qaytarır

Kreml yeni prosesə başladı:


Kreml Donbasın Ukraynanın tərkibinə qaytarılması əməliyyatına başlayıb.

Axar.az xəbər verir ki, bunu “Site.ua” saytında dərc olunan yazısında ukraynalı aktivist Semen Kabakayev söyləyib. O, Moskvanın bu məsələdə əsas yatırımı eks-prezident Viktor Yanukoviçə etdiyini bildirib:

“Son günlər Yanukoviçin aktivliyi kəskin şəkildə artırılıb. Kreml Yanukoviçi Donbas oyununa qatır. Bu fırıldaqçı bir neçə il Rusiyada özünün istədiyinə görə yox, ona belə tapşırıldığına görə sakit oturub. Yanukoviç öz məhkəməsində Donbasın Ukraynaya aid olduğunu söylədi. İndi isə o, açıq şəkildə Ukraynaya aid proseslərdə iştirak etmək imkanları olduğunu bəyan edir. Üstəlik, bu şəxs 2014-cü il hadisələri ilə bağlı informasiya vermək istəyir. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, xüsusi xidmət orqanları təzyiq və öz arzularını gerçəkləşdirmək üçün yeni vasitələr hazırlayıblar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
863 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...