Rusiyadan Trampa cavab: “Krım qaytarılmayacaq”

Rusiyadan Trampa cavab: “Krım qaytarılmayacaq”


Krım Rusiya ilə ABŞ arasında sövdələşmə predmeti ola bilməz.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri Viktor Ozerov söyləyib. O, Krımın geri qaytarılmasının mümkün olmayacağını bildirib: “Krım Rusiyanındır və o heç vaxt sövdələşmə predmeti ola bilməz. Amerikanın Krımı geri qaytarmaq tələbi bizim ABŞ-dan Alyaskanı istəməyimizə bənzərdi. Hər ikisini icra etmək mümkünsüzdür”. Qeyd edək ki, dünən Ağ Ev ABŞ Prezidenti Donald Trampın Krımın Ukraynaya qaytarılmasını istədiyini açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
839 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...