Mixail Zabelin Dilqəm Əsgərov barədə məktuba cavab ala bilmir
2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. Onlarla birlikdə olmuş Azərbaycan vətəndaşı Həsən Həsənov güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda qondarma rejim tərəfindən D. Əsgərov və Ş. Quliyevə “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, Azərbaycandkı rusdilli icmanın nümayəndəsi Mixail Zabelin Modern.az-a açıqlamasında bu məsəlyə növbəti dəfə qayıdıb.
Deputat bildirib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı həm Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna, həm də Rusiya Federal Miqrasiya İdarəsinə məktub göndərib.
“Məktubun cavabın gözləyirəm. Mən onların ailələri ilə də görüşəcəm. Həmçinin, bu məsələni davam etdirəcəm”.
984 dəfə oxundu