““Amnesty International“ın bəyanatının heç bir əsası yoxdur“ Rəsmi Bakı
"Amnesty International" məsələsi beynəlxalq mətbuatda müzakirəyə çıxarılıb və bunun mahiyyəti ondan ibarətdir ki, Azərbaycan və Olimpiya Komitəsi "Amnesty International" təşkilatının nümayəndəsini akkreditasiyadan keçirməyib"
"Trend" xəbər verir ki, bunu Azərbaycanın Respublikası prezidentinin köməkçisi Əli Həsənov bu gün yerli və xarici media nümayəndələrinin iştirakı ilə I Avropa Oyunlarına həsr olunmuş geniş mətbuat konfransında bildirib. Ə.Həsənov qeyd edib: "Mən bununla bağlı araşdırma apardım, müvafiq qurumlarla əlaqə saxladım və öyrəndim ki, "Amnesty International" adından Azərbaycana səfərə gəlmək istəyən insanın adı qeydiyyatdan keçməyib, nə BEGOC-da, nə də viza almaq üçün müvafiq qurumda "Amnesty International"dan heç kimin adı yoxdur.
Sonra bəlli oldu ki, "Amnesty International" təşkilatını təmsil edən ayrı-ayrı şəxslər dolayı yolla, yəni qeyri-qanuni yolla, müxtəlif qəzetlərin adından istifadə edərək Azərbaycana keçmək istəyiblər. Burada sadəcə dolayı yolla Azərbaycana gəlmək cəhdinin qarşısı alınıb. Ona görə də "Amnesty International"ın adından yayılan bəyanatın heç bir əsası yoxdur".
1254 dəfə oxundu