"Nəinki Odessanı, Odessa vasitəsilə Rusiyanı dəyişəcəyik" - Mixail Saakaşvili

"Nəinki Odessanı, Odessa vasitəsilə Rusiyanı dəyişəcəyik" -

“Odessa şəhəri və vilayətinin inkişafı nəinki regiondakı siyasi əhvalı, Rusiyanı da dəyişəcək”

Avropa.info xəbər verir ki, sabiq Gürcüstan prezidenti, Odessanın yeni qubernatoru Mixail Saakaşvili belə deyib. Saakaşvili:
“Odessa bir çox rusun mentalitetində, o cümlədən imperiya əhval-ruhiyyəli şəxslər tərəfindən tarixi irs kimi qəbul olunur.

Onlar üçün rus ruhunun, “rus dünyası”nın bir hissəsidir. Ruslar Odessada baş verən hər şeyə qarşı həssasdırlar. Əgər onlar odessalıların uğurlarını, regionun necə inkişaf etdiyini görsələr, bu Rusiyanın özünə nəhəng təsir göstərəcək”.

Saakaşvili deyir ki, ruslar bura öz keçmişləri kimi baxdıqlarından sarı-mavi Ukrayna bayrağının dalğalanması onlara ağır gəlir. Bu səbəbdən Poroşenkonun qərarı strateji qərar idi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1198 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...