Saakaşvili məmurların həbsinə başladı

Saakaşvili məmurların həbsinə başladı

Ukraynanın Odessa vilayətinə yeni başçı seçilən Mixail Saakaşvili artıq korrupsiyanın qarşısını almaq üçün hərəkətə keçib.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, artıq Odessa vilayəti hərbi komissarlığının iki əməkdaşı çağrışçıdan hərbi xidmətdən yayınmaq məqsədi ilə rüşvət alarkən tutulub. Odessa vilayətinin başçısı Mixail Saakaşvilinin "Facebook" səhifəsində yer alan videoda bildirilir ki, Odessa vilayətinin hərbi komissarı və əməkdaşı iki çağırışçıdan hərbi xidmətdən yayınmaq məqsədi ilə 1700 dollar pul tələb edib.

Ukrayna Təhlükəsizlik Xidməti İdarəsinin əməkdaşları onları vilayətin hərbi komissarlığının binasında rüşvət alarkən həbs edib. Onlar çağırışçıları şantaj etmək və rüşvət almaqda ittiham olunur.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1312 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...