Əhməd Davudoğlu prezident İlham Əliyevə zəng edib

Əhməd Davudoğlu prezident İlham Əliyevə zəng edib


Türkiyənin baş naziri Əhməd Davudoğlu aprelin 2-də Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, Türkiyənin baş naziri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrdə hərbi qulluqçularımızın həlak olması ilə bağlı başsağlığı verib, Ermənistanın təxribatının qarşısının alınması ilə əlaqədar təbriklərini çatdırıb və öz dəstəyini ifadə edib.

Dövlət başçısı Azərbaycan Ordusunun təmas xəttində Ermənistanın təxribatının qarşısını qətiyyətlə aldığını və lazımi cavab verdiyini bir daha vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
931 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...