Soros Yeni Dünya müharibəsi xəbərdarlığı etdi

Soros Yeni Dünya müharibəsi xəbərdarlığı etdi

Məşhur yəhudi əsilli amerikalı maliyyəçi Corc Soros yeni dünya müharibəsinin başlanacağı anonsunu verib. O bildirib ki, üçüncü dünya müharibəsinin əsasını Çin və ABŞ arasındakı münaqişə qoyacaq. Çin öz iqtisadiyyatını daxili tələbatın ödənməsi yox, ixrac üzərində qurub. İxrac üzərində hökmranlığı saxlamaq üçün Çin hakimiyyətinə münaqişə lazım olacaq.

Biznesmen gərginliyin pik həddə çatmaması üçün təklif edib ki, Çin ABŞ-a böyük güzəştlərə getməlidir. “Bununla yanaşı Çin öz milli valyutası yuanın Beynəlxalq Valyuta Fondunun valyuta səbətinin tərkib hissəsi olmağa icazə verməlidir. Bu halda Çin valyutası dollarla ciddi rəqabət apara bilər”,- deyə o qeyd edib.

Corc Soros onu da əlavə edib ki,əgər ABŞ-ın hərbi müttəfiqləri ilə Çin arasında, məsələn Yaponiya ilə, münaqişə başlasa istisna deyil ki, biz üçüncü dünya müharibəsinin astanasında dayanacağıq.

Soros hesab edir ki, Çinin perspektivdə ABŞ-la razılaşmaya nail olması çətin məsələdir. “Əks təqdirdə, Çinin Rusiya ilə siyasi və hərbi ittifaq yaradacağı təhlükəsi ehtimalı böyükdür. Bu zaman yeni dünya müharibəsi təhlükəsi real olacaq”,- deyə Corc Soros vurğulayıb(azadliq.info).


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1378 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...