Arif Hacılının müavini: “Müsavatdan gedənlər hörmətlərini itirəcəklər”

Arif Hacılının müavini: “Müsavatdan gedənlər hörmətlərini itirəcəklər”

“3-5 nəfər partiyadan istefa verə bilər. Amma son aylarda partiyaya üzv olanların sayı kifayət qədərdir. Biz həmin insanlarla bir yerdə mübarizəni aparıb, demokratiya və azadlıqlar uğrunda mübarizəni davam etdiririk. İstefa verənlər və ya başqa partiyaya keçənlər itirir. Müsavat Partiyası yox”.

Bunu Modern.az-a Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı deyib.

O bildirib ki, partiya həmişəki kimi öz fəaliyyətini davam etdirir:

“3-5 nəfəri tapıb istənilən vaxt istefa ərizəsi yazdırmaq olar. Müxtəlif formada şou da göstərmək olar. Amma istənilən partiya üzvünün istefa verməsinə görə təəssüf edirik. Buna baxmayaraq, partiyaya yeni gələn onlarla üzvün fəaliyyətinin partiyanın siyasi xətti ilə üst-üstə düşməsindən sevindiyimizi də bildirməkdən çəkinmirik. Partiyaya üzv olanların sayı günü-gündən çoxalır. Ümumiyyətlə, partiyadan gedənlər itirir, Müsavat yox. Çünki həmin insanlar vaxtilə partiyaya görə hörmət sahibi idilər. Partiyadan getdikdən sonra yavaş-yavaş o hörmət də gedəcək.

Müsavatın yaxın 10 ildə fəaliyyətini yaxından izləyən biri kimi deyə bilərəm ki, indi istefa verən insanları mən son 7-8 ildə heç də partiyanın siyasi həyatında görməmişəm. İndi partiyada aktiv siyasi fəaliyyətlə məşğul olan xeyli sayda ziyalı insan var. Hazırda alim, elmlər namizədi, digər ixtisas sahibləri, öz sahələrinin peşəkarları, eləcə də cəmiyyətdə nüfuzu olan insanlar partiyanın rəhbərliyində və sıralarında fəaliyyət göstərir. Hansısa elmi dərəcəsi və ya statusu olan insanların da istefa verirsə, bu ziyalıların partiyadan istefa verməsi demək deyil. Əksinə partiyadan 2 ziyalı gedibsə, 5 ziyalı onun yerini doldurub. Bundan sonra da belə olacaq.


Ümumiyyətlə, Azərbaycanda son dövrlər hansısa dövlət və təhsil müəssislərində işləyən ziyalıların siyasi proseslərdən uzaqlaşması tendensiyası var. Müsavat da bundan kənarda qalmayıb. Ola bilsin ki, həmin insanlar təhsil obyektlərində fəaliyyətləri çətinləşdiyi siyasi fəaliyyətlərini dondurmaq haqda qərar veriblər”.

Müsavat Partiyası Binəqədi rayon təşkilatının 8-ci mikrorayon özəyinin Vurğun Əyyubun partiyadan xaric edilməsi barədə qərarı ləğv etməsi məsələsinə münasibət bildirən Səxavət Soltanlı bildirib ki, məlumat doğru deyil:

“Bir həftəyə yaxın partiyada aclıq aksiyası keçirildi. Binəqədi rayon təşkilatının sədri də həmin aksiyada iştirak edib. Sədrin səhhətində müəyyən problemlər yarandığı üçün o ev şəraitində xəstə yatır. Təşkilatın sədri bu xəbərin yalan olduğunu bildirib. Sədr açıqlamasında bildirib ki, dünən o, heç bir iclas çağırmayıb. Müsavat Partiyasının nizamnaməsinə görə də sədr yalnız şuranın iclasını çağıra bilər. 5-6 nəfər toplaşıb hər hansı iclas keçirib və hansısa qərarlar vermək səlahiyyətində deyil”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1366 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...