“Freedom House”dan biabırçı hesabat - Qarabağ “azad ölkə” siyahısında

“Freedom House”dan biabırçı hesabat -


“Freedom House” beynəlxalq hüquq-mühafizə təşkilatı dünya ölkələrindəki azadlığın vəziyyəti barədə illik hesabat dərc edib. AzNews.az xəbər verir ki, araşdırmaçılar reytinqdə ölkələri “azad”, “qismən azad” və “azad olmayan” qruplar üzrə 3 yerə ayırıblar.

Təşkilat Azərbaycanı “azad olmayan” ölkələr siyahısına salıb. “Azad olmayan” ölkələr siyahısında Rusiya, Çin, KXDR, Yaxın Şərqin bir sıra ölkələri, Şimali və Mərkəzi Afrika, Mərkəzi və Cənub-şərqi Asiya ölkələri var. “Qismən azad olan” ölkələr siyahısına Ukrayna, Gürcüstan, Ermənistan, Türkiyə, İndoneziya, Pakistan, Meksika, Venesuela və bir sıra digər dövlətlər daxil ediliblər.

“Freedom House” “azad ölkə”lərə ABŞ, Kanada və Avstraliya, Avropa İttifaqı, Hindistan, CAR, Braziliya və Cənubi Amerikadakı bir neçə dövləti aid edib. Təşkilatın məlumatlarına əsasən, “azad ölkə”lərdə planetin 40 faiz əhalisi yaşayır. “Qismən azad ölkə”lərdə bu rəqəm 24 faiz, azad olmayan ölkələrdə isə 46 faizdir.

Təşkilatın tərtib etdiyi reytinqdə azadlıq şkalasındakı 0 bal tamamilə qapalılığı, 100 bal isə tam azadlığı göstərir. Bu şkala üzrə Azərbaycan 16, Rusiya 22, Ermənistan 46, Türkiyə 53 bal toplayıb. Maraqlıdır ki, “Freedom House” Dağlıq Qarabağı Azərbaycandan ayrı, müstəqil dövlət kimi təqdim edib. Bu ərazini 46 balla qiymətləndirən təşkilat onu “qismən azad olan ölkə”lər sırasında göstərib. Reytinq üzrə 100 balı İsveç, Norveç, Finlandiya və İslandiya toplaya bilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
921 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...