“Türkiyə çətin vəziyyətdədir, İstanbulu işğal edək” - Baqdasarovdan SƏRSƏM ÇAĞIRIŞ
“Türkiyə çətin vəziyyətdədir, İstanbulu işğal edək”.
DİA.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bunu rus təbliğatçısı Vladimir Solovyovun proqramında erməni əsilli rusiyalı siyasətçi Semyon Baqdasarov deyib.
O, qalmaqallı açıqlamalarında Türkiyənin zəlzələ səbəbindən çətin vəziyyətdə olduğunu bildirib və bu fürsətdən istifadə edərək İstanbulu işğal etməyi təklif edib.
Türkiyə ilə bağlı bitib-tükənməyən açıqlamaları ilə gündəmə gələn Baqdasarov əvvəllər erməniləri 2023-cü il seçkilərində prezident Ərdoğana qarşı İmamoğlu, Akşener və Kılıçdaroğlunu dəstəkləməyə çağırırdı, indi isə Türkiyəni işğal etməyə çağırıb.
“Türkiyə hazırda çətin vəziyyətdədir, bundan istifadə edək. Gəlin onu Orta Asiyadan qovaq, Ukraynada əhalisini baltalayaq. Gəlin onu Cənubi Qafqazdan qovaq. Gəlin Türkiyədəki müəyyən qüvvələri uzaqlaşdıraq və tarixən “bizim olanı” geri alaq. Konstantinopolda (İstanbul) Ayasofya üzərinə xaç qoyaq!”, – deyə Baqdasarov sərsəmləyib.
829 dəfə oxundu