Almaniya gələn ilin yazınadək 5 min ukraynalı hərbçiyə hazırlıq keçəcək
Almaniya 2023-cü ilin yazınadək Avropa İttifaqının (Aİ) “EUMAM Ukraine” təlim missiyası çərçivəsində 5 min nəfərdən ibarət Ukrayna hərbi briqadasının təlimini başa çatdırmaq niyyətindədir.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Bundestaqda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Almaniyanın tərəfdaş ölkələrə hərbi texnika ötürməsi sayəsində həmin ölkələr öz arsenallarından Ukraynaya yüzə yaxın tank göndəriblər.
O bildirib ki, Ukrayna ilin sonuna qədər ehtiyaclarını ödəmək üçün kifayət qədər maliyyə dəstəyi alıb: "Belə ki, rəsmi Kiyevə humanitar və hərbi dəstəkdən əlavə, 20,7 milyard dollar ayrılıb və ümumilikdə, bu il ərzində 33,3 milyard dollar məbləğində maliyyə dəstəyi ayrılmalıdır".
Xatırladaq ki, oktyabrın 17-də Aİ-nin Xarici Əlaqələr Şurası Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətini artırmaq məqsədilə “EUMAM Ukraine” missiyasının yaradılması barədə qərar qəbul edib. Hələlik 2 il müddətinə nəzərdə tutulmuş proqrama Ukrayna hərbçilərinə təlimlərin keçirilməsi, eləcə də bu təlimi dəstəkləyən Avropa dövlətlərinin səylərinin əlaqələndirilməsi daxildir.
642 dəfə oxundu