Noyabrın 1-dən ölkədə karantin rejimi ləğv ediləcək? - AÇIQLAMA

Noyabrın 1-dən ölkədə karantin rejimi ləğv ediləcək? -
“Nə qədər pandemiya var, o qədər karantin rejimi davam edəcək. Karantin rejimi pandemiya ilə mübarizə aparmaq üçün tədbirlər kompleksidir. Ola bilər ki, karantin rejimi ləğv edilməsin, məhdudiyyətlər kiçik formada qalsın”.

Bu sözləri Baku.ws-ə açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Professor hesab edir ki, quru sərhədlər və qapalı məkanlarla bağlı məhdudiyyətlər qüvvədə qala bilər:

“Bunlar hamısı epidemioloji vəziyyətdən asılıdır. Hər şey ləğv edilə də, sərtləşdirilə də bilər. Lakin sərtləşdirmələrin olacağını düşünmürəm. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) nə qədər ki, pandemiyanın sonunu elan etməyib, o qədər karantin rejimi qalacaq.

Hesab edirəm ki, pandemiya sonuna, öz qürubuna doğru gedir. Azərbaycan reallığında kollektiv immunitetin formalaşması ağır nəticələrə səbəb olacaq xüsusi dalğaların yaranmasını da mümkün etmir. Avqust-sentyabr aylarında yoluxmalar zamanı da gördük ki, ölüm və ağırlaşma sayı xeyli aşağı olub. Bu vəziyyət virusun zəiflədiyini və pandemiyanın sona doğru getdiyini göstərir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
820 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...