Lənkəran İcra Hakimiyyətində əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

Lənkəran İcra Hakimiyyətində əməliyyat -
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.

“Qafqazinfo” xəbər verir ki, əməliyyat nəticəsində bəzi vəzifəli şəxslərin, eləcə də Lənkərən RİH-in şöbə müdiri - baş memar Elgün Əzizulla oğlu Abdullayevin saxlanıldığı bildirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, əməliyyatla bağlı rəsmi məlumat veriləcək.

Qeyd edək ki, Lənkəran RİH-in başçısı Taleh Qaraşovdur. O, 2012-ci ildən bu vəzifəni tutur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
519 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...