Etirazlara dəstək verən məşhur iranlı futbolçunun pasportu əlindən alındı

Etirazlara dəstək verən məşhur iranlı futbolçunun pasportu əlindən alındı
İran təhlükəsizlik xidmətləri milli komandanın keçmiş futbolçusu Əli Daeinin pasportunu müsadirə edib.

Buna səbəb futbolçunun ölkədəki etirazlara dəstək verməsi olub.

İstanbuldan Tehrana qayıdan sabiq futbolçuya İran ərazisindən çıxmasının qadağan olunduğu bildirilib.

Bundan əvvəl də 53 yaşlı Daei sosial şəbəkələrdə İranda qadın haqları kampaniyasına dəstək verərək etirazçılarla həmrəy olduğunu bildirmişdi.

Mənbə: Gazeta.ru



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
608 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...