Ərdoğan Baydenlə görüşü barədə: “O, Baydendirsə, mən Ərdoğanam” - VİDEO

Ərdoğan Baydenlə görüşü barədə:
BMT Baş Assambleyasının iclası üçün Nyu-Yorka səfər edən Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırıb.

“Baydenlə görüşəcəksinizmi?” sualına “Onun ümumi qəbulunda iştirak edəcəm” deyə cavab verən dövlət başçısı, “İkilikdə görüşmək istərdinizmi?” sualına “Yox, niyə? O, Baydendirsə, mən Ərdoğanam” cavabını verib.

Bununla yanaşı, Ərdoğan senatorlarla görüşündən sonra F-16 qırıcılarının Türkiyəyə satışı ilə bağlı təəssüratları barədə suala “müsbət” deyərək cavab verib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
489 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...