“Azadlıq-2015” blokunun taleyi bir aya həll olunacaq - AÇIQLAMA

“Azadlıq-2015” blokunun taleyi bir aya həll olunacaq -


“Azadlıq-2015” blokunun yenidən siyasi blok kimi fəaliyyətə göstərməsi yenidən müzakirəyə çıxarılacaq. Bu haqda Modern.az saytına sözügedən blokun üzvü, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyib.

Onun sözlərinə görə, son 1 ayda blokun taleyi həll olunacaq: “Onun siyasi blok kimi fəaliyyətini davam etdirməsi əksəriyyətin rəyidir. Keçən ilin sonundan başlayan siyasi kursun strateji istiqamət üzrə davam etdirilməsi düşünülür”. “Azadlıq-2015” bloku parlament seçkiləri ilə bağlı yaradılıb. Quruma Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Aydınlar Partiyası, Azad Demokratlar Partiyası, Böyük Azərbaycan Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azadlıq Partiyası və Azərbaycan Xalq Partiyası daxildir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1055 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...