Azərbaycanda 19 dərəcə isti olacaq

Azərbaycanda 19 dərəcə isti olacaq


Sabah Azərbaycanın havanın maksimal temperaturu 19 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, Bakı və Abşeron yarımadasında noyabrın 5-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər zəif duman olacaq, yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 6-10, gündüz 14-17 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında noyabrın 5-də əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin iolacaq. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 6-11, gündüz 14-19, dağlarda gecə 0-5 , gündüz 10-15 dərəcə isti olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1079 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...