Məhkəmə Müsavat Partiyasının MSK-ya qarşı şikayətini təmin etmədi

Məhkəmə Müsavat Partiyasının MSK-ya qarşı şikayətini təmin etmədi


Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyasının Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı şikayətini təmin etməyib.
Partiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, şikayətə hakim Səriyyə Seyidovanın sədrliyi ilə baxılıb.
Məlumata görə, Müsavat Partiyası məhkəmə qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcək: "Müsbət cavab alınmayacağımız təqdirdə bu hüququn pozulması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edəcəyik".


Xatırladaq ki, Müsavat Partiyası Apellyasiya Məhkəməsinə Mərkəzi Seçki Komissiyasına qarşı 29 oktyabr 2015-ci il tarixli Müsavat Partiyası namizədlərinin adlarının seçki bülletenlərindənm çıxarılmaması ilə bağlı qərarından şikayət edib. Şikayətdə Avropa İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının 1 saylı Protokolunun 3-cü bəndinin (azad seçki hüququ) pozulmasının tanınması ilə bağlı iddia qaldırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1072 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...